Koma

Koma
Komatoz hal
Komatoz hal
XBT-10 R
XBT-9
XBT-9-KM 780.01
DiseasesDB 16940
MeSH D003128
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət.

Huşun dəyişməsinə nəzarət edin

Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search